23 Sentyabr 2015 16:08
556
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oğuz rayonunda bıçaqlanma hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun Kərimli kəndində qeydə alınıb.

Kənd sakini, 1989-cu il təvəllüdlü İntiqam Əzizov bıçaqlanıb. O, bıçaq yarası ilə xəstəxanaya gətirilib. Yaralı dərhal əməliyyat olunub. Hadisənin kim tərəfindən bıçaqlandığı məlum deyil.

Hadisəni törədən şəxslərin müəyyən edilməsi üçün Oğuz rayon Polis Şöbəsi tərəfindən əməliyyat tədbirləri görülür.

Hacı Zeynalov


Müəllif: