24 Sentyabr 2015 20:06
586
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xaçmaz rayonunda vətəndaşa məxsus ev yanıb.

Teleqraf.com-un Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Moruqoba kəndində vətəndaşa məxsus ümumi sahəsi 280 kv.m olan ikimərtəbəli 8 otaqlı evin 2-ci mərtəbəsinin və dam örtüyünün yanar konsturuksiyaları 140 kv.m sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 06:34-də yanğınsöndürənlər tərəfindən söndürülüb.


Müəllif: