Şəmkir rayonunda Sumqayıt sakinini ilan sancıb.
Teleqraf.com-un Kəpəz TV-yə (Region TV) istinadən verdiyi xəbərə görə, Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına ilan sançma diaqnozu ilə Sumqayıt sakini gətirilib.
28 yaşlı Teymur Qasımov reanimasiya şöbəsinə yerləşdirilib. İlkin məlumata əsasən həyətdə işləyərkən ilan onu sancıb. Hazırda xəsətnin vəziyyəti orta ağırdır.