1 İyun 2014 00:06
966
12 Punto 14 Punto 16 Punto 18 Punto

Zaqatalada yanğın hadisəsi qeydə alınıb.

Fövqaladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, yanğın rayonun Göyəm kəndində, İlqar Muhuma oğlu Ramazanovun yaşadığı evin həyətyani sahəsində tikilmiş, ümumi sahəsi 70 kv/m olan mal tövləsində qeydə alınıb. Hadisə yerinə FHN-nin Zaqatala rayon DYMH-nin texnikası və canlı qüvvəsi cəlb edilib.


Yanğın nəticəsində tövlənin yanar konstruksiyaları və tövlənin çardağına yığılmış 200 ədəd (4.5 ton quru ot kütləsi) ot bağlaması yanıb. Yanğının genişlənərək yaxınlıqdakı tikilərə keçməsinin qarşısı alınıb.

Yanğın zamanı tövlədə olan iribuynuzlu mal-qara xilas edilib. Fakal bağlı FHN-nin Zaqatala rayon DYMH-də araşdırma aparılır.


Müəllif: