Sabirabad rayonunda bir neçə gün əvvəl Kür çayında boğulan məktəblinin meyiti tapılıb.
Teleqraf.com xəbər verir ki, rayonun Ulacalı kənd sakini, 2002-ci il təvəllüdlü Telman Əhmədli sentyabrın 23-də dostları ilə birlikdə Kür çayına çimməyə gedib.
Həmin vaxt Telman Əhmədli kür çayında boğulub. Bir neçə gün axtarışlardan sonra bu gün Telman Əhmədlinin meyiti Kür çayından tapılıb.
Telman Əhmədli 7-ci sinif şagirdi olub.
Hacı Zeynalov