Bakının Nəsimi rayonunda oğurluq edən şəxsin başqa cinayətləri üzə çıxıb.
Bakı şəhər Baş Polis İdarəsindən Teleqraf.com-a verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, sentyabrın 27-də Azadlıq prospektində Bakı şəhər sakini Erol Bayramovun sinəsindən yumruqla vurub mobil telefonunu alıb qaçaraq soyğunçuluqda şübhəli bilinən Bakı şəhər sakini, 1986-cı il təvəllüdlü Vüsal Həsənov tutulub.
Araşdırma zamanı müəyyən edilib ki, o, sentyabrın 1-də Bül-Bül prospektində Yardımlı rayon sakini Elgün Ağayevə məxsus “Ford-Transit” markalı avtomobildən mobil telefon oğurlayıb.
Bundan əlavə, onun digər dələduzluq cinayətlərinin də üstü açılıb. Vüsal Həsənov sentyabrın 5-də D.Əliyeva küçəsində Ayxan Qarayevin, sentyabrın 7-də S.Rüstəm küçəsində Rəsul Dinlerin, sentyabrın 10-da Kiçik dəniz küçəsində Eldar Cahangirbəyovun, sentyabrın 9-da İbrahim Məmmədovun, sentyabrın 10-da Yaşar Cabbarovun, sentyabrın 22-də Sadiq Quliyevin, sentyabrın 23-də Azadlıq prospektində Səbuhi Cəfərlinin, avqustun 10-da Nizami küçəsində Orxan Mikayıllının etibarından sui istifadə edərək mobil telefonlprını danışmaq adı ilə alıb qaytarmayıb.
Hacı Zeynalov