Bakının Sabunçu rayonunda 36 yaşlı qadın tanışı tərəfindən döyülüb.
Teleqraf.com xəbər verir ki, hadisə Zabrat qəsəbəsi, yeni yaşayış massivində baş verib.
Nardaran qəsəbəsi sakini, 1979-cu il təvəllüdlü Afinə Həsənli “Seyid” marketin yaxınlığında əvvəllər tanıdığı Mirzə adlı şəxs tərəfindən döyülüb. Afinə Həsənli xəsarət alması nəticəsində xəstəxanada müayinə olunub.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin 15-ci polis bölməsi tərəfindən araşdırma aparılır.
Hacı Zeynalov