Bakının Xətai rayonunda ödəmə terminalından oğurluq edən gənc yaxalanıb.
Bakı şəhər Baş Polis İdarəsindən Teleqraf.com-a verilən məlumata görə, Xətai rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluq etməkdə şübhəli bilinən Yevlax rayon sakini, 1996-cı il təvəllüdlü Elgün Məmmədov tutulub.
O, bu il iyulun 20-nə keçən gecə Bakı şəhər sakini Bəhruz Hümbətova məxsus, Neapol küçəsində yerləşən mağazadakı “E-manat” MMC-yə məxsus ödəmə terminalından oğurluq etməkdə şübhəli bilinib.
Hacı Zeynalov