29 Sentyabr 2015 23:36
973
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Suraxanı rayonunda külli miqdarda dələduzluq faktı aşkar olunub. Teleqraf.com xəbər verir ki, Əmircan qəsəbəsində yerləşən “Ballı” marketdə mühasib işləyən 1970-ci il təvəllüdlü Elçin Nəcəfov dələduzluq edib.

O, marketin sahibi, 1961-ci il təvəllüdlü Elman Əsədovun etibarından sui-istifadə edərək 315 min manatını alaraq mənimsəyib.

Elman Əsədov dələduzluqla üzləşməsi ilə bağlı Suraxanı rayon Polis İdarəsinin 31-ci polis bölməsinə şikayət edib. Onun şikayəti əsasında toplanmış materiallar rayon polis idarəsinə göndərilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər