Bakının Sabunçu rayonunda evdən xeyli miqdarda pul oğurlanıb.
Teleqraf.com xəbər verir ki, hadisə Fətəliyev küçəsi 13, mənzil 72 ünvanında baş verib.
Bakı şəhər sakini, 1963-cü il təvəllüdlü Yaşar Rəhimovun evində açar seçmə yolu ilə naməlum şəxs və ya şəxslər girib. Onlar evdən 40 min manat və qızıl-zinnət əşyaları aparıblar.
Cinayəti törədən şəxs və ya şəxslərin müəyyən edilərək həbs edilməsi üçün Sabunçu Rayon Polis İdarəsinin 13-cü polis bölməsinin əməkdaşları tərəfindən əməliyyat tədbirləri görülür.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov