Bakının Yasamal rayonunda mənzillərdən birindən meyit aşkar olunub.
Teleqraf.com xəbər verir ki, meyit A.Şərifzadə küçəsi, ev 92, mənzil 2 ünvanında tapılıb.
Bakı şəhər sakini, 1945-ci il təvəllüdlü Dilarə Mustafa qızı Məmmədovanın üzərində zorakılıq əlamətləri görünməyən meyiti aşkar olunub. 70 yaşlı qadının tək yaşadığı bildirilir.
Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.
Hacı Zeynalov