30 Sentyabr 2015 15:12
241

Bu gün Ali Məhkəmədə Dələduzluq və rüşvətxorluqda təqsirləndirilən keçmiş hakim Həsən Əliyevin kasasiya şikayətinə baxılıb.

Məhkəmədən Teleqraf.com-a verilən məlumata görə, hakim Əli Seyfəliyevin sədrliyi ilə keçirilməsi nəzərdə tutulan proses baş tutmayıb.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elman Məmmədov 8 il, Taleh Süleymanov 7 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə azadlıqda olan Həsən Əliyevin barəsində isə 7 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edib. O, məhkəmə zalında həbsə alınıb.

Həmçinin Ramazan Səlimovun Həsən Əliyevə qarşı qaldırdığı mülki iddia təmin edilib və Həsən Əliyev iş üzrə mülki cavabdeh kimi tanınıb. Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apelyasiya şikayəti verərək barələrində bəraət hökmünün çıxarılmasını istəyiblər. Həmçinin zərərçəkmiş Ramazan Səlimovun müdafiəçisi Iradə Cavadova da apelyasiya şikayəti verib. O, dəymiş ziyana görə təqsirləndirilən şəxslərdən əlavə maddi təzminat istəyib.

Bakı Apelyasiya Məhkəməsində, hakim Rizvan Səfərovun sədrliyi ilə keçirilən prosesdə Həsən Əliyev və digər şəxslər Elman Məmmədov, Taleh Süleymanovun apelyasiya şikayətinə Gəncə Apelyasiya Məhkəməsində baxılması barədə qərardad qəbul edilib.

İyunun 16-da Gəncə Apelyasiya Məhkəməsində, hakim Elçin Xasməmmədovun sədrliyi ilə keçirilən prosesdə Həsən Əliyevin vəkillərinin kasasiya şikayəti verdikləri məlum olub. Həsən Əliyevin müdafiəçiləri apelyasiya şikayətlərinə Bakı Apelyasiya Məhkəməsində baxılmasını istəyir.

Ittiham aktına görə, Rusiyadan gələn iş adamı Ramazan Səlimov Azərbaycanda işə düzəlmək üçün 2011-ci ildən tanışı Elman Məmmədova müraciət edib. Elman Məmmədov isə onu Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Həsən Əliyevlə tanış edib. Həsən Əliyev Ramazan Səlimovdan işə düzəltmək adı ilə 600 min manat pul alıb. Lakin sonradan nə iş düzəlib, nə də pul geri qaytarılıb.

Bundan sonra Ramazan Səlimov polisə şikayət edib. Sikayət əsasında cinayət işi başlanıb və Elman Məmmədov həbs olunub.

Hacı Zeynalov


Müəllif:
Загрузка...