1 Oktyabr 2015 14:19
569
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağdaş rayonunda baş verən yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Daxili İşlər Nazirliyindən (DİN) Teleqraf.com-a verilən məlumata görə, sentyabrın 30-da saat 14 radələrində Ağdaş rayonunun Abad kəndində rayon sakini İspəndiyar İsgəndərov idarə etdiyi “Mercedes” markalı avtomobili kanala aşırıb və nəticədə sərnişini, arvadı Sona suda boğularaq ölüb.

Faktla bağlı Ağdaş RPŞ tərəfindən araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər