1 Oktyabr 2015 15:37
579
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Bakıdakı səfirliyində Sankt-Peterburqun qubernatoru Georgi Poltavçenkonun Azərbaycanda yaşayan Leninqradın veteran-blokadaçıları ilə görüşü keçirilib.

G.Poltavçenko bildirib: "Blokadaçılar şəhərimizlə birlikdə böyük şücaət göstəriblər. Azərbaycan diasporunun bütün işlərdə bizə kömək etməsi olduqca qiymətlidir. Diaspor Piskarevsk memorial qəbiristanlığında blokada uşaqları üçün abidənin qoyulmasını maliyyələşdirib".

Qubernatorun sözlərinə görə, Bakı onun üçün özgə şəhər deyil, çünki burada anadan olub: "Bakı ildən-ilə gözəlləşir".

Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin isə bildirib ki, Azərbaycandakı Leninqrad blokadaçılar təşkilatı Böyük Vətən müharibəsi haqqında bütün həqiqətləri gənc nəslə çatdırır.


Müəllif:

Oxşar xəbərlər