1 Oktyabr 2015 21:56
507
12 Punto 14 Punto 16 Punto 18 Punto

Makının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib. Teleqraf.com xəbər verir ki, hadisə rayonun Zabrat qəsəbəsində, yeni yaşayış massivində qeydə alınıb.

Bakı şəhər sakini, 1978-ci il təvəllüdlü Rauf Verdiyev keçmiş həyat yoldaşı, 1989-cu il təvəllüdlü Günay Aşurova ilə mübahisə edib. Mübahisə zamanı o, 26 yaşlı keçmiş həyat yoldaşına bıçaq xəsarəti yetirib.
Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif: