Hacıqabul rayonunda oğurluq edən şəxs həbs edilib.
Teleqraf.com xəbər verir ki, Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsi və Hacıqabul RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 10-da Fatimə Nəcəfovanın evindən 600 manat, qızıl və məişət əşyaları oğurlamış rayon sakini, əvvəllər məhkum olunmuş Ramil Əliyev tutulu.
Bundan başqa, oktyabrın 1-nə keçən gecə Sabunçu rayonunun Bakıxanov qəsəbəsində Sabirabad rayon sakini Kənan Məhərrəmova məxsus “QAZel” markalı avtomobildən akkumulyator oğurlanıb.
Sabunçu Rayon Polis İdarəsinin 13-cü polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Mingəçevir şəhər sakini Nurlan Əsədov və Bakı şəhər sakini Nurlan Abdullayev tutulublar. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun sentyabr ayının 28-nə keçən gecə Bakıxanov qəsəbəsinin ərazisində qəsəbə sakini Elmar Bayramova məxsus “VAZ-2103” markalı avtomobildən akkumulyator oğurlaması da müəyyən edilib.
Hacı Zeynalov