2 Oktyabr 2015 14:01
1 668
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kriminal aləmdə “Zver” və “Vitalik Maxaçkalinski” ləqəbləri ilə məşhur olan məşhur “qanuni oğru” Vitaliy İzgilov Rusiyaya ekstradisiya edilib.

Publika.az “Praym Kraym” agentliyinə istinadən xəbər verir ki, 55 yaşlı “vor zakon” İspaniya həbsxanasında cəza çəkirdi. Onun cəza müddəti bitdiyindən vətəninə qaytarılıb.

Hava limanında İzgilovu Rusiya Daxili İşlər Nazirliyinin nümayəndələri qarşılayıb.

Qısa söhbətdən sonra “Zver” azad buraxılıb. İzgilov Rusiya kriminalitetinin xaç atası “Şakro Molodoy”un yaxın dostu sayılır. Xatırladaq ki, “Şakro” da Rusiyaya qayıdanadək İspaniya həbsxanasında cəza çəkib.


Ekspertlər “Zver”in azadlığa çıxması ilə kriminal aləmdə müharibənin qızışacağını bildirirlər.


Müəllif:

Oxşar xəbərlər