2 Oktyabr 2015 14:31
736
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda cibgirliklə məşğul olan şəxs yaxalanıb.

Teleqraf.com xəbər verir ki, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, paytaxtda fəaliyyət göstərən ictimai nəqliyyatda cibgirlik yolu ilə oğurluq əməlləri törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini, 1986-ci il təvəllüdlü Ramal Nəzərov müəyyən olunaraq tutulub. O, əvvəllərdə Cinayət Məcəlləsinin 177, 234.1 maddələri ilə məhkum olunub.

Şübhəli şəxs ətrafında keçirilən ilkin əməliyyat-axtarış, istintaq tədbirləri ilə müəyyən olunub ki, o, sentyabrın 28-də saat 09 radələrində 133 saylı xətt avtobusunda Bakı şəhər sakini Azad Həmidovun cibindən içərisində 46 manat və sənədləri olan pul kisəsini gizli yolla talayıb. Eləcə də sentyabrın 30-da 165 nömrəli xətt avtobusunda eyni usulla, adı istintaqla araşdırılan vətəndaşın cibindən 24 manat oğurlamaqla təhlükəli əməllərini davam etdirib.

Şübhəli şəxs ətrafında əməliyyat-axtarış, istintaq tədbirləri davam etdirilir.

Hacı Zeynalov


Müəllif: