2 Oktyabr 2015 16:33
828
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sumqayıt Apelyasiya Məhkəməsində qətl hadisəsi törətməkdə təqsirli bilinən Quba rayon sakini, 1987-ci il təvəllüdlü Zamik İsgəndərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Zamik İsgəndərov Xaçmaz rayon Məhkəməsinin 5 may 2009-cu il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə ittiham edilib. Həmin hökmə əsasən, Zamik İsgəndərov 200 saat ictimai işlər cəzasına məhkum edilib.

Zamik İsgəndərov növbəti dəfə 2019-cu ilin sonlarında cinayət törədib. Həmkəndlisini döydüyü üçün Zamik İsgəndərovun barəsində Cinayət Məcəlləsinin 132-ci (döymə) maddəsi ilə cinayət işi başlanıb. Xaçmaz Rayon Məhkəməsinin10 yanvar 2010-cu il tarixli hökmünə əsasən 5 ay müddətinə azadlıqdan məhrum edilib.

5 ay həbsxanaya həyatı yaşayan Zamik yenidən azadlığa çıxıb. O, həbsxana həyatı yaşamasına baxmayaraq növbəti dəfə və xuliqanlıq və sağlamlığa az ağır zərər vurma xəsarəti yetirdiyini üçün Xaçmaz Rayon Məhkəməsinin 3 oktyabr 2011-ci il tarixli məhkəmə hökmü ilə Cinayət Məcəlləsinin 221.1 və 127.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək növbəti dəfə 1 il 5 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib.

O, həmin cəzanı çəkib və 30 may 2013-cü il tarixdə yenidən azadlığa çıxıb. Həbsxanada islah edilməsinə baxmayaraq Zamik İsgəndərov növbəti dəfə daha ağır cinayət törədib.

O, 2014-cü ilin oktyabrın 8-də, saat 22.30-da sərxoş vəziyyətdə Xaçmaz şəhəri, S.Vurğun küçəsində qonşuları Gülbəg Aslanov, Əhmədağa Hüseynov, Ruslan Rəhimov, Tərlan Səlimov və Saleh Rəhimov ilə zarafat edib. Bu zaman o, Əhmədağa Hüseynova qarşı kobud sözlər işlədib. Buna görə də Zamik ilə Gülbəg Aslanovla aralarında mübahisə düşüb. Orada olan Tərlan Səlimov Zamik İsgəndərovun tutaraq kənara aparıb.

Buna baxmayaraq Gülbəg Aslanovun üzərinə gələn Zamik nalayiq ifadələr işlədib. O, Gülbəgin sinəsindən itələyərək yerə yıxıb. 1-ci qrup əlil olan 1956-cı il təvəllüdlü Gülbəg Aslanov özünü müdafiə edə bilməyib. O, Gülbəgi yerdə yumruq zərbələri vuraraq baş nahiyəsinə zərbələr endirib.

Gülbəg Aslanov Xaçmaz rayon mərkəzi xəstəxanasına aparılıb. Ona lazımı tibbi yardım göstərilməsinə baxmayaraq həyatını xilas etmək mümkün olmayıb. Gülbəg noyabrəın 21-də xəstəxanada vəfat edib.
Buna görə də Zamik İsgəndərova Cinayət Məcəlləsinin 126.3-cü (ehtiyatsızlıqdan zərərçəkmişin ölümünə səbəb olma) maddəsi ilə ittiham verilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Zamik İsgəndərov 11 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Zamik İsgəndərov apelyasiya şikayəti verib. O, barəsində olan hökmün dəyişdirlməsini və cəzasının şərti hesab edilməsini istəyib. İş apelyasiya instansiyasında hakim Fərmayıl Zeynallının sədrlik etdiyi kollegiyada araşdırılıb. Məhkəmə heyəti təqsirləndirilən şəxsin apelyasiya şikayətini əsassız hesab edib və təmin etməyib.


Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər