2 Oktyabr 2015 22:38
770
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nizami rayonunda “Madonna” şadlıq sarayında dava olub.

Teleqraf.com xəbər verir ki, orada ofisiant işləyən Kürdəmir rayon sakini, 1994-cü il təvəllüdlü Hüsü Xanbaba oğlu Məmmədzadə Bakı şəhər sakini, 1988-ci il təvəllüdlü Rüstəm Nəriman oğlu Xəlilov ilə mübahisə edib.

Mübahisə zamanı Hüsü Məmmədzadə Rüstəm Xəlilovun üz və baş nahiyyəsinə bakal ilə xəsarət yetirib. Rüstəm Xəlilova tibbi yardım göstərilib.

Faktla bağlı Nizami Rayon Polis İdarəsinin 25-ci polis bölməsində araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər