3 Oktyabr 2015 17:18
602
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, hadisə Nizami rayonu R.Rüstəmov küçəsində qeydə alınıb. Belə ki, Bakı şəhər sakini Röyal İsayev idarə etdiyi “BMW” markalı avtomobillə yolu keçən Səkinə Hacıxanovanı vurub.

Xəsarət alan piyada xəstəxanaya yerləşdirilib və orada ölüb.

Faktla bağlı Nizami rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.


Müəllif: