3 Oktyabr 2015 13:41
618
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda polis avtomobil oğrularını tutub.

Daxili İşlər Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, hadisə Qaradağ rayonunun Lökbatan qəsəbəsində qeydə alınıb. Belə ki, sözügedən qəsəbədə “Moskviç 412” markalı avtomobil şübhə doğurduğundan polis tərəfindən saxlanılıb.

Avtomobilin sürücüsü Bakı şəhər sakini Ruslan Kərimov, sərnişinləri Vasiliy Maslakov, Rövşən Gülümcanov, Qəbələ rayon sakini Emil Bəkirov və Qazax rayon sakini Elçin Quliyev rayondakı 10-cu Polis bölməsinə aparılıb. Araşdırmalar zamanı onların qeyd edilən avtomobili Yasamal rayonu B.Səfəroğlu küçəsindən qaçırmaları müəyyən edilib.

Faktla bağlı araşdırmalar aparılır.


Müəllif: