Bakının Binəqədi rayonunda çay evində oğurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə Atatürk prospekti 66 ünvanında yerləşən çay evində qeydə alınıb.
Tovuz rayon sakini, 1978-ci il təvəllüdlü Nəzakət Abuzərovanın içərisində 400 manat və mobil telefonu olan pul kisəsi naməlum şəraitdə oğurlanıb.
Nəzakət Abuzərova hadisə ilə bağlı polisə şikayət edib.
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsində araşdırma aparılır.
Hacı Zeynalov