5 Oktyabr 2015 13:52
1 193
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Xətai rayonunda liftdə 52 yaşlı qadına liftdə zorakılıq edilib.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun Sarayevo küçəsində yerləşən 38 saylı binanın liftində qeydə alınıb.

Bakı şəhər sakini, 1963-cü il təvəllüdlü Tamilla Hacıbəyova yaşadığı evə qalxmaq üçün liftə minib. Bu zaman onun yanında olan naməlum oğlan qadın liftə girən zaman boğazında olan boyunbağını qopararaq qaçıb.

Cinayəti törədən şəxsin müəyyən edilərək həbs edilməsi istiqamətində Xətai Rayon Polis İdarəsinin 34-cü polis bölməsinin əməkdaşları tərəfindən əməliyyat tədbirləri görülür.

Faktla bağlı Cinayət Məcəlləsinin 180-ci (soyğunçuluq) maddəsi ilə cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər