Antalya-Bakı aviareysilə gələn Azərbaycan Respublikasının vətəndaşı Vüqar Əliyev gömrük nəzarətindən keçərkən Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən onun baqajı rentgen aparatı vasitəsilə yoxlanılıb və monitorda “beşbarmağ”a bənzər əşyanın təsviri görünüb.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, həmin baqaja təkrar baxış zamanı Vüqar Əliyevə məxsus çantanın içərisindəki şəxsi əşyaların arasından 1 ədəd metaldan hazırlanmış “beşbarmaq” aşkar olunaraq götürülüb.
Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin arayışına əsasən, ekspertizaya təqdim edilən həmin əşya “beşbarmaq” tipində hazırlanmış vurucu-əzici xassəyə malik soyuq silahdır və təyinatı üzrə istifadəyə yararlıdır. Faktla bağlı təhqiqat aparılır.
Naibə QURBANOVA