5 Oktyabr 2015 23:54
691
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağstafa rayonunda bıçaqlanma hadisəsi baş verib. Teleqraf.com xəbər verir ki, rayon sakini Baris Məmmədov bıçaqlanıb.

Baris Məmmədov bıçaq xəsarəti ilə rayon mərkəzi xəstəxanasına çatdırılıb. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.

Araşdırmalar zamanı məlum olub ki, Baris Məmmədovu xuliqanlıq zəminində həmyerlisi Həsən Məmmədov bıçaqlayıb. Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törədən Həsən Məmmədov saxlanılıb.

Hacı Zeynalov


Müəllif: