5 Oktyabr 2015 19:06
832
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda qeyri-bank kredit təşkilatının vəzifəli şəxslərinin qanunsuz əməlləri ifşa edilib.

Teleqraf.com-a Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, “Finca Azerbaijan” Məhdud Məsuliyyətli Qeyri-Bank Kredit Təşkilatının vəzifəli şəxsinin qanunsuz əməlləri barədə həmin təşkilatdan daxil olmuş müraciət Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Araşdırmalar zamanı qeyd olunan təşkilatın Şirvan filialında 2012-2014-cü illərdə kredit üzrə mütəxəssis vəzifəsində işləmiş Pərviz Ələkbərovun vəzifə səlahiyyətlərindən sui-istifadə edərək filialın bir sıra müştərilərinin adlarına rəsmiləşdirilən kredit məbləğlərini, habelə verilmiş kreditlər üzrə müştərilər tərəfindən həyata keçirilmiş ödənişləri, ümumilikdə 86 min manat məbləğində mənimsəməsində şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

Hacı Zeynalov


Müəllif: