6 Oktyabr 2015 00:38
594
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağdaş rayonunda yük avtomobili aşıb.

APA-nın yerli bürosunun xəbərinə görə hadisə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 243-cü kilometrliyində, Ağdaş rayonu ərazisində qeydə alınıb.

Mingəçevir sakini, 1977-ci il təvəllüdlü Qəmbərov Firuz Müzəffər oğlunun idarə etdiyi “KamAZ” markalı yük avtomobili yoldan çıxaraq aşıb. Hadisə zamanı avtomobilin yük yerindəki mişar daşları yola dağılıb. Qəza zamanı sürücü ağır bədən xəsarətləri ilə Ağdaş Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib. Məlumata görə yük avtomobilinin qarşısına qəflətən naməlum minik maşını çıxıb və sürücü toqquşmadan qaçaraq idarəetməni itirib, “KamAZ” yoldan çıxaraq aşıb. Hadisə zamanı hava yağışlı olub.


Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.


Müəllif: