Bakının Nizami rayonunda çay evində əxlaqsızlıq yuvası aşkar edilib.
Teleqraf.com xəbər verir ki, Nizami Rayon Polis İdarəsinin 24-cü polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri ilə Bakı şəhər sakini Şahmar Cəfərov həbs edilib.
Şahmar Cəfərovun gəlir əldə etmək məqsədi ilə R.Rüstəmov küçəsində yerləşən çay evində əxlaqsızlıq yuvası saxlaması müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.
Hacı Zeynalov