6 Oktyabr 2015 14:33
985
12 Punto 14 Punto 16 Punto 18 Punto

Zaqatala rayonunda yaşayış evinə basqının təfərrüatı məlum olub.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun Əliabad qəsəbəsində qeydə alınıb.

83 yaşlı Səfər Səfərovun evinə tamah məqsədi ilə girmiş 3 maskalı şəxs onun və həyat yoldaşı, 86 yaşlı Xanpərinin əl-ayağını və ağızlarnı yapışqanlı lentlə bağlayaraq evdə axtarış aparıblar. Bu barədə Səfər Səfərov polisə məlumat verib.

O, bildirib ki, qarətçilər evdə heç nə tapa bilməyib və hadisə yerini tərk ediblər. Onlar gedərkən Xanpərini öldürüblər. Xanpərinin hadisə yerində ölməsi barədə verilmiş məlumatla əlaqədar polis və prokurorluq orqanları əməkdaşları tərəfindən zəruri istintaq və əməliyyat-axtarış tədbirləri həyata keçirilib.

Nəticədə Xanpərinin Səfərovanın ailə münaqişəsi zəminində öz həyat yoldaşı Səfər Səfərov tərəfindən öldürülməsi müəyyən edilib. O, tutulub.

Hacı Zeynalov


Müəllif: