Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Xəyal Ələkbərov, Nicat Ələkbərov və Elvin Mənsimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, təqsirləndirilən şəxslər 2014-cü ilin aprelin 13-də Arif Yunisovun evindən qızıl oğurlayıblar.
Hakim Əlisultan Osmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə Elvin Mənsimov isə 4 il müddətinə azadlıqdan məhrum edilib. O, həmçinin 1810 manat cərimə olunub. Digər təqsirləndirilən şəxslər Nicat Ələkbərov 3500 manat, Xəyal Ələkbərov 3000 manat cərimə cəzasına məhkum ediliblər. Onlar məhkəmə zalından azadlığa buraxılıblar.
Hacı Zeynalov