Bakı Ağır Cinayətlər Məhkəməsində borcunu istəyən qonşusunu yaralayan Salman Məlikovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, hakim Eldar Ismayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirlədirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Salman Məlikov 4 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə 2014-cü ilin dekabrın 1-də Nəsimi rayonunda baş verib. Salman Məlikov qonşusu Ağatalıb Dadaşova 30 manat borcu olub. Salman Məlikov borcu vaxtında verməyib.
Ağatalıb Dadaşovun qonşusundan pulunu istəyib. Bu zaman onların arasında mübahisə yararınıb. Salman Məlikov bıçaqla Ağatalıb Dadaşovu yaralayıb.
Hacı Zeynalov