Abşeron rayonunda Ş.Əliyev adına Maldarlıq üzrə damazlıq və dövlət kənd təsərrüfatı müəssisəsi MMC-nin direktoru İmanverdi Qəmbərovdan polisə şikayət edilib.
Teleqraf.com xəbər verir ki, onun barəsində Sabunçu rayon Polis İdarəsinə Bakı şəhər sakinləri – Zahid Məmmədov, Ayaz Əndəruni və Ələmdar Əhmədov müraciət ediblər.
İstintaq müəyyən edib ki, İmanverdi Qəmbərov Zahid Məmmədovun etibarından sui-istifadə edərək 2011-ci ilin sentyabrın ayının 1-dən 30-dək olan müddət ərzində Sabunçu rayonu, Ramana qəsəbəsində 10 sot torpaq sahəsini satmaq adı ilə onun 15 min manatını alaraq mənimsəyib. Bundan başqa, o, Ayaz Əndəruniyə həmin qəsəbədə 3 sot torpaq sahəsi, Ələmdar Əhmədova isə 10 sot torpaq sahəsi satmaq barədə vəd verib. O, Ayaz Əndərunidən 6 min manat, Ələmdar Əhmədovdan isə 15 min manat alıb. İmanverdi Qəmbərov həmin pulları da mənimsəyib.
Faktla bağlı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb.
Hacı Zeynalov