7 Oktyabr 2015 14:50
1 376
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Xətai rayonunda keçirilən toy mərasimində iki nəfəri bıçaqlayan şəxs həbs edilib.

Teleqraf.com xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin 34-cü polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 5-də İlqar Tağıyevə və Musa Xudapirimova bıçaqla xəsarət yetirmiş Kürdəmir rayon sakini Ramin Baxçiyev tutulub.

Qeyd edək ki, hadisə paytaxtın Xətai rayonu ərazisində yerləşən "Təbrik" şadlıq sarayında baş verib. Toy zamanı musiqi sifarişi üstündə qohumlar arasında mübahisə düşüb. Mübahisə edənlər şadlıq sarayının foyesinə çıxıblar və mübahisə davaya çevrilib.

Dava zamanı 48 yaşlı İlqar Tağıyevə döş nahiyəsindən, Musa Xidapirimov isə sağrı nahiyəsindən bıçaq xəsarətləri yetirilib. Yaralılar hadisə yerinə çağırılmış təcili tibbi yardım maşını ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıblar. Çoxlu qan itirən hər iki yaralı əməliyyat olunub.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər