Bakının Sabunçu rayonunda dərmandan zəhərlənmə hadisəsi baş verib. Teleqraf.com xəbər verir ki, hadisə Kürdəxanı qəsəbəsində, Ləhiş bağları massivində qeydə alınıb.
Bakı şəhər sakini Pərviz Səfərov yaşadığı evdə ehtiyatsızlıqdan qarışıq dərman içərək zəhərlənib. O, 3 saylı Şəhər Kliniki Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.
Pərviz Səfərovu dindirmək üçün xəstəxanaya Sabunçu Rayon Polis İdarəsinin 15-ci polis bölməsinin əməliyyat qrupu yollanıb. Amma Pərviz Səfərovun vəziyyəti ağır olduğu üçün dindirmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Hacı Zeynalov