9 Oktyabr 2015 11:22
1 194
12 Punto 14 Punto 16 Punto 18 Punto

Abşeron rayonunda evdən oğurluq edilib. Teleqraf.com xəbər verir ki, hadisə rayonun Masazır qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini Gülnar Muradovanın evindən 2250 manat və xeyli miqdarda pul oğurlanıb. Ev sahibi oğurluq hadisəsinin baş verməsi ilə bağlı Abşeron Rayon Polis İdarəsinə məlumat verib.

Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə təqsirli bilinən Rəmzi Əliyev tutulub. Rəmzi Əliyevin Gülnar Muradovanın tanışı olduğu bildirilir. Oğurluq hadisəsi baş verən gün Rəmzi Əliyev Gülnarın evinə qonaq gəlib. Evdə olan Rəmzi pulun və qızılın yerini bilib. O, gedərkən həmin pulu və qızılı da aparıb.

Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər