9 Oktyabr 2015 14:11
910
12 Punto 14 Punto 16 Punto 18 Punto

Biləsuvar rayonunda polisləri şantaj edən şəxs həbs edilib. Teleqraf.com xəbər verir ki, Biləsuvar Rayon Polis Şöbəsi Dövlət Yol Polisi Bölməsinin əməkdaşları Ramal Ağammədov və Rauf Əzimov raportla şöbə rəhbərliyinə müraciət ediblər.

Onlar bildiriblər ki, Cəlilabad rayon sakini Xəyal Əmirovun oktyabrın 6-da onlara zəng edərək guya rüşvət almalarını videoya çəkdiyini deyib və onlardan pul tələb edib.

Görülmüş tədbirlər nəticəsində X.Əmirov polis əməkdaşlarından 3000 manat alarkən tutulub.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər