9 Oktyabr 2015 21:33
652
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Qaradağ rayonunda bıçaqlanma olub. Teleqraf.com xəbər verir ki, hadisə rayonun Qobustan qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini Rəfayel Rəhmanov bıçaqlanıb. O, bıçaq xəsarəti ilə xəstəxanaya gətirilib. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.

Qaradağ Rayon Polis İdarəsinin 11-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş qəsəbə sakini Rəşad Həsənov tutulub. Hadisə şəxsi münasibətlər zəminində baş verib.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif: