Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində saxta pul dövriyyəsində təqsirləndirilən Valeh Babayev və Qadir Kərimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, 2014-cü ilin dekabrında Daxili İşlər Nazirliyinin məlumata görə, Astara rayon sakinləri Qadir Kərimov və Valeh Babayevdən saxta əskinaslar götürülüb.
Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis bölməsi əməkdaşları tərəfindən Astara rayon sakinləri Qadir Kərimov və əvvəllər məhkum olunmuş Valeh Babayev şübhəli şəxs qismində tutulublar. Qadir Kərimovdan 250.000 rubl saxta əskinas götürülüb.
Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onların, cari il noyabr ayının 23-də 28 May küçəsində yerləşən “Standart Banka” məxsus valyutadəyişmə məntəqəsinə gələrək, orada işləyən Fərid Məmmədova 250.000 rubl saxta əskinas verib və ondan 3075 manat almaları müəyyən edilib.
Valeh Babayev və Qadir Kərimov Cinayət Məcəlləsinin 204-cü (saxta pulu yaymaq) maddəsi ilə ittiham olunublar. Qadir Kərimov həm ibtidai istintaq zamanı, həm də məhkəmənin gedişi zamanı zamində olublar.
Hakim Eldar Ismayılovun sədrliyi keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Valeh Babayev 9 il , Qadir Kərimov isə 7 il müddətindən azadlıqdan məhrum edilib. Qadir Kərimov məhkəmə zalından həbs edilib.
Hacı Zeynalov