Bakının Nizami rayonunda vətəndaşa məxsus "Mitsubishi" markalı minik avtomobilində yanğın baş verib.
Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, avtomobilin salonu və yük hissəsi yanıb.
Avtomobilin qallan hissəsi yanğından mühafizə olunub və yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.