Bu gün Bakı Apelyasiya Məhkəməsində Sülh və Demokratiya İnstitutunun həbsdə olan direktoru Leyla Yunus və həyat yoldaşı Arif Yunusun apelyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, hakim Vüqar Məmmədovun sədrliyi ilə keçirilən prosesdə Leylu Yunus apelyasiya şikayəti ilə tanış olması üçün vaxt istəyib.
Buna görə də məhkəmə iclası oktyabrın 15-dək təxirə salınıb.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Leyla Yunus 8 il 6 ay, Arif Yunus isə 7 il müddətinə azadlıqdan məhrum edilib.
Hacı Zeynalov