Oxşar xəbərlər
Abşeron rayonunda quldurluq edən şəxsin anası həbs edilib.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, Abşeron rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq etdiyinə görə tutulmuş R.Cəfərovun anası - Şamaxı şəhər sakini Xatın Əliyevadan silah götürülüb.
Polis Xatın Əliyevadan 1 ədəd “Makarov” markalı tapança, 1 ədəd patron sandığı və 3 ədəd patron aşkarlanıb.
Hacı Zeynalov