13 Oktyabr 2015 11:39
1 465
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı şəhərində daha bir nəfər avtomobili ilə birlikdə itkin düşüb.

Teleqraf.com xəbər verir ki, Bakı şəhər sakini, 1965-ci il təvəllüdlü Elman Qurban oğlu Abbasov yoxa çıxıb.

O, özünə məxsus “Mercedes” markalı 90 MA 448 nömrəli avtomobili ilə sonuncu dəfə Babək prospekti, ev 58 ünvanında görünüb. Elman Abbasov həmin ünvandan idarə etdiyi avtomobillə naməlum istiqamətə gedib və oktyabrın 10-dan onunla əlaqə saxlamaq mümkün olmayıb.

Elman Abbasovun itkin düşməsi ilə bağlı Xətai Rayon Polis İdarəsinin 37-ci polis bölməsinə ərizə ilə müraciət edilib. Hazırda polis itkin düşən Elman Abbasovun tapılaraq ailəsinə qaytarılması üçün tədbirlər görür.

Qeyd edək ki, Teleqraf.com-un oktyabrın 12-də yaydığı məlumata görə, Bakının Sabunçu rayonunda 44 yaşlı kişi itkin düşüb. Sabunçu qəsəbəsi, Anaşkin küçəsi, ev 17-də yaşayan 1972-ci il təvəllüdlü Abbas Hacı oğlu Hacıyev yoxa çıxıb.

Abbas Hacıyev bu ilin avqustun 22-də idarə etdiyi “Porsehe Cayenne” markalı 99 XB 324 dövlət nömrə nişanlı avtomobili ilə evdən gedib. Yaxınları həmin gündən onunla əlaqə saxlaya bilməyiblər.

Abbas Hacıyevin itkin düşməsi ilə bağlı Sabunçu Rayon Polis İdarəsinə ərizə ilə müraciət edilib. Ərizə ətrafında polis idarəsində araşdırma aparılıb. Amma Abbas Hacıyevdən bir xəbər çıxmayıb.


Bundan sonra Abbas Hacıyevin itkin düşməsi ilə bağlı Baş Prokurorluğa və Daxilin İşlər Nazirliyinə də müraciət edilib. Hazırda Abbas Hacıyevin yerinin müəyyən edilməsi üçün tədbirlər görülür.


Hacı Zeynalov


Müəllif: