13 Oktyabr 2015 14:00
674
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində İraq Şam İslam Ordusu (İŞİD) terror təşkilatının Suriya ərazisində olan qanunsuz silahlı birləşmələrində iştirakda ittiham olunan İsmayıllı rayon sakini, 1988-ci il təvəllüdlü Telman Bəkirov və Masallı rayon sakini, 1990-cı il təvəllüdlü Mübariz Tahirovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Teleqraf.com xəbər verir ki, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqın başa çatması ilə bağlı qərar qəbul edilib. Bu zaman məhkəmə zalında Kütai Rəsulova adlı qadın yerindən çıxış edərək bildirib ki, təqsirləndirilən Mübariz Tahirov onun oğlu Mahmud Rəsulovu Suriya aparıb. “Mənim oğluma aparıb. Oğlum xəstədi, başını aldadıb. İş yoldaşları təqsdiq edir ki, Mübariz onu aparıb”.

Təqsirləndirilən Mübariz Tahirov Mahmud Rəsulovla birgə getdiyini bildirib: “Mən sərhədi keçmədim, o keçdi, xəbərim yoxdu”.

Mahmud Rəsulovla bağlı cinayət işi məhkəmədə araşdırılmadığı üçün onun anasının dedikləri ilə bağlı hakimlər tərəfindən hər hansı bir müzakirə aparılmayıb. Daha sonra prosesdə sənədlərin tədqiqi mərhələsi elan olunub. Sənədlərin tədqiqi başa çatdıqdan sonra ittiham nitqi ilə çıxış etmək üçün söz dövlət ittihamçısına verilib. Dövlət ittihamçısı çıxışa hazır olmadığını, bu səbəbdən ona çıxışa hazırlaşmaq üçün əlavə vaxt verilməsini istəyib.

Hakimlər dövlət ittihamçısının istəyini nəzərə alaraq məhkəmənin davamını oktyabrın 20-ə təyin ediblər.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər