14 Oktyabr 2015 09:21
594
12 Punto 14 Punto 16 Punto 18 Punto

Salyanda iki "KamAZ" markalı yük maşınının toqquşması nəticəsində 1 nəfər yaralanıb.

"Report" xəbər verir ki, hadisə ötən gün axşam saatlarında Ələt-Astara magistral yolunun 20-ci kilometrliyində, Xıdırlı kəndi ərazisində qeydə alınıb.

Belə ki, qəza nəticəsində sürücülərdən biri - Astara rayon sakini, 1977-ci il təvəllüdlü Seyran Səadət oğlu Rəhimov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və ona ilk tibbi yardım göstərildikdən sonra paytaxta göndərilib.

Faktla bağlı BDYPİ-də araşdırma aparılır.


Müəllif:

Oxşar xəbərlər