Bakının Nəsimi rayonunda polis əməkdaşı döyülüb.
Teleqraf.com xəbər verir ki, hadisə rayonun Bülbül prospekti, 46 ünvanını qarşısında baş verib.
Bakı şəhər sakini, 1987-ci il təvəllüdlü Pərviz Kamran oğlu Əliyev xuliqanlıq zəminində Nəsimi Rayon Polis İdarəsinin təminat hissəsinin kiçik inspektoru, polis serjantı Etibar Nadir oğlu Nəbiyevi döyüb.
Etibar Nəbiyev göz və sinə nahiyyəsindən xəsarət alıb.
Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis bölməsində təhqiqat araşdırması aparılır.
Hacı Zeynalov