14 Oktyabr 2015 10:26
243

Bərdədə vətəndaşa məxsus evin həyətindəki tövlədə yanğın hadisəsi baş verib.

Teleqraf.com-un xəbərinə görə, Təbriz küçəsi, 70 ünvanında Ədalət Kamran oğlu Mirzəyevə məxsus tövlə tamamilə yanıb. Yanğın zamanı mal-qaraya ziyan dəyməsə də, heyvanların qış yem ehtiyatı tamamilə yanaraq məhv olub. Tövlənin dam hissəsində başlayan yanğın qısa müddət ərzində bütün tikilini bürüyüb. Yanğına ilkin olaraq sakinlər tərəfindən müdaxilə edilib. Lakin dam örtüyünün altına yığılan ot kipinin qapalı yanması yanğının söndürülməsinə mane olub. Yanğini söndürmək məqsədilə hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Bərdə yanğından mühafizə hissəsinin yanğınsöndürənləri cəlb edilib. Yanğının söndürülməsi xeyli vaxt aparıb.

Xalid Salmanbəyli


Müəllif:
Загрузка...