Pirallahı rayonunda ağır cinayət hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə Pirallahı qəsəbəsi, K.Rzayev küçəsi, ev 2, mənzil 89-da qeydə alınıb. Belə ki, Bakı şəhər sakini, 1976-cı il təvəllüdlü Faiq Sadixoviç Sadıxov vətəndaş nikahı ilə yaşadığı Bakı şəhər sakini, 1975-ci il təvəllüdlü Yuliya Sergeyevna Loqinovanın oğlu 2002-ci il təvəlllüdlü Yeqor Vadimoviç Loqinovu döyərək, xəsarət yetirib.
Araşdırmalar zamanı məlum olub ki, hadisə oktyabrın 7-də, saat 20.00-da baş verib. Yeqor Loqinovanın anası, 1975-ci il təvəllüdlü Yuliya Sergeyevna Loqinova Faiq Sadıxov oğlunu döyən zaman onu sakitləşdirmək istəyib. Bu zaman Faiq Yuliyanı da vuraraq, ona başından xəsarət yetirib.
Nəticədə Yuliyanın hamiləliyi pozulub. O, 3 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib. Yelena Loqinovna oktyabrın 13-də xəstəxanada ölüb.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov