14 Oktyabr 2015 14:01
614
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nəsimi rayonunda yol nəqliyyat hadisəsi baş verib.

Bakı şəhər Baş Polis İdarəsindən Teleqraf.com-a verilən məlumata görə, hadisə oktyabrın 13-ü saat 04:50 radələrində, Nəsimi rayonu Azadlıq prospektində qeydə alınıb.

Bakı şəhər sakini 1963-cü il təvəllüdlü Namiq Fərəcov idarə etdiyi “London Taksi” markalı avtomobillə 1966-cı il təvəllüdlü Hacıbaba Tarverdiyevi vurub.

Hacıbaba Tarverdiyev aldığı xəsarətlər nəticəsində hadisə yerində dünyasını dəyişib.

Hacı Zeynalov


Müəllif: