14 Oktyabr 2015 14:39
634
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bodrum-Bakı aviareysilə gələn Azərbaycan vətəndaşı Ramal Məmmədov gömrük nəzarətindən keçərkən monitorda “beşbarmağ”a bənzər əşyanın təsviri görünüb.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, baxış zamanı Ramal Məmmədovun çantasından 1 ədəd “beşbarmaq” aşkar olunub.

Ramal Məmmədov “beşbarmağ”ı Türkiyədən suvenir kimi aldığını və qadağan olunduğunu bilmədiyinə görə Azərbaycana gətirdiyini bildirib.

Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin arayışına əsasən, ekspertizaya təqdim edilən həmin əşya “beşbarmaq” tipində hazırlanmış vurucu-əzici xassəyə malik soyuq silahdır.

Buna bənzər daha bir qaçaqmalçılıq faktı Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda qeydə alınıb. Burada İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşı Vüqar Məmmədovun çantasına baxış zamanı çantanın içərisindən kustar üsulla hazırlanmış, vurucu-əzici xassəyə malik və soyuq silah hesab edilən 1 ədəd “beşbarmaq” aşkar olunub. Hər iki faktla bağlı təhqiqat aparılır.

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər